Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Qazaxbəyli təpələri

Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250-300 m aralı olan iki təbii təpələr var. Bu təpələr üstündə 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar olunmuşdur.

Təpələrin birində yerləşən böyük qəbiristanlıqda qəbirlər dördkünc şəkildə qazılmışdır. Ölülər, başları müxtəlif istiqamətlərə olmaqla, sağ və ya sol böyrü üstə dəfn edilmişdir. Skeletlərin bəzilərinin altından iri diametrli gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən qara və boz rəngli gil qablar, kəsmə xətlərlə bəzədilmiş və cilalanmış gil bardaqlar, çölməklər, qablar, camlar, parçlar, tunc balta, tunc kəmər, nizə ucluğu, dəmir dəstəli tunc qılınc, dəmir xəncərlər və s. aşkar edilmişdir.

İkinci təpədə əldə edilən yerüstü arxeoloji materiallar qəbiristandakı tapıntılarla eynidir.