Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Məşhur adamlar

Ölüm sevinməsin qoy... Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

S.Vurğun

Qazağın əsas sərvətlərindən biri ölkəmizin tarixində mühüm xidmətləri olmuş insanlarıdır. Qazax haqlı olaraq şairlər diyarı hesab olunur. Lakin eyni zamanda o, öz alimləri, hərbiçiləri və ictimai xadimləri ilə fəxr edə bilər. Aşağıda onların qısa siyahısı təqdim edilir:

  • Molla Vəli Vidadi (1707 - 1809) - məşhur Azərbaycan şairi

  • Molla Pənah Vaqif (1717 - 1797) - məşhur Azərbaycan şairi və ictimai xadim. Qarabağ xanlığının vəziri olmuşdur.

  • Kazım ağa Salik (1781 - 1842) - Azərbaycan şairi və Molla Pənah Vaqif mədəni irsinin davamçısı

  • Əbdürrəhman ağa Dilbazi oğlu (XVIII əsrin  II yarısı - XIX əsrin əvvəlləri) - Azərbaycan şairi

  • Hacırəhim ağa Vahidi (1822 - 1874) - mistik dünyagörüşü olan şair

  • Mirzə Hüseyn Əfəndi Qaibov (1830 - 1917) - Qafqaz müsəlmanlarının müftisi

  • Abbas ağa Nazir (1849 - 1919) - şair, pedaqoq

  • Şahniyar ağa Rançur (1850 - 1890) - şair, mistik şerlərin müəllifi

  • İbrahimağa Vəkilov (1853 - 1934) - general, ilk azərbaycanlı hərbi topoqraf

  • Məmmədrza Vəkilov (1864 - 1944) - həkim, Bakı şəhərində ilk poliklinikanın təşkilatçısı, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü

  • Əliağa Şıxlinski (1865 - 1943) - artilleriya generalı, I Dünya Müharibəsi iştirakçısı. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılmışdı. Azərbaycan Demokratik Respublikası dövründə hərbi nazirin müavini təyin edilmiş və milli ordunun təşkil olunmasında iştirak etmişdir. Qeyri-adi istedadına görə onu “artilleriyanın Allahı” adlandırırdılar.

  • Çingiz ağa Dilbozov (1857 - 1942) - xeyriyyəçi. Qazax şəhər poliklinikasının binasını tikdirmişdir.

  • İbrahim ağa Usubov (1872 - 1920) - general-mayor, diviziya komandiri

  • Cavad bəy Şıxlinski (1874 - 1959) - general-mayor, rus, Azərbaycan və iran qoşunun başçısı.

  • Muxtar Hacıyev (1876 - 1938) - 1921-ci ildə Azərbaycan Mərkəzi İcra Komitəsinin ilk Katibi olmuşdur

  • Nigar Şıxlinskaya (1878 - 1931) - Azərbaycanın ilk tibb bacısı

  • Hacıkərim Sanılı (1878 - 1938) - şair, pedaqoq

  • Abdulla bəy Divanbəyoğlu (1883 - 1938) - yazıcı, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

  • Səyad Zeynalov (1886 - 1942) - 4-cü dərəcəli “Müqəddəs Georgi” ordenli kavaler

  • Mədinə xanım Qiyasbəyli (1889 - 1938) - Azərbaycanın ilk qadın pedaqoqlarından biri, maarif xadimi, tərcüməçi

  • Fərruxağa Qaibov (1889 - 1916) - ilk azərbaycanlı hərbi pilot. I Dünya Müharibəsi zamanı Almaniyaya məxsus 4 hərbi təyyarə ilə təkbaşına döyüşərək, onlardan 3-ünü vurub və özü təyyarəsinin ekipajı ilə birlikdə həlak olmuşdur. Ölümündən sonra 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur.

  • Məşədi İbrahim bəy - xeyriyyəçi. 1918-ci ildə 17 otaqlıq şəxsi mülkünü Qazax Müəllimlər Seminariyasına hədiyyə etmişdir.

  • Xədicə Qaibova (1892 - 1938) - ilk azərbaycanlı qadın pianoçulardan biri.

  • Yəhya bəy Qazaği ( -1941) - şair. Molla Vəli Vidadi və Molla Pənah Vaqifin nəvəsi

  • Əhməd Seyidov (1892 - 1977) - professor, əməkdar elm xadimi, Qafqazda ilk pedaqoji elmlər doktoru. Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri.

  • Mehdixan Vəkilov (1902 - 1975) - professor, görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq

  • Osman Sarıvəlli (1905 - 1990) - Azərbaycan xalq şairi

  • Səməd Vurğun (1906 - 1956) - Azərbaycan xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR EA-nın akademiki və vitse-prezidenti, Azərbaycan Yazıçılar İttifaqının sədri

  • Mehdi Hüseyn (1909 - 1964) - Azərbaycan xalq şairi, yazıçı-dramaturq, tənqidçi, ictimai xadim

  • Mirvarid Dilbazi (1912 - 2001) - Azərbaycan xalq şairəsi

  • Fatma Vəkilova (1912 - 1987) - professor, geologiya-mineralogiya elmləri doktoru

  • Alazan Baycan (Hacı Həsənzadə) (1913 - 1989) - şair, həkim. Almaniyanın Frayburq şəhərində şəxsi klinika sahibi

  • Əminə Dibazi (1919) - baletmeyster, Azərbaycan xalq artisti

  • İsmayıl Şıxlı (1919 - 1995) - Azərbaycan xalq yazıçısı, alim, pedaqoq, ictimai-siyasi xadim

  • Tahir İsayev (1922 - 2001) - II Dünya Müharibəsi illərində əfsanəvi partizan, müqavimət hərəkatının iştirakçısı, İtaliyada “Serofim” ləqəbi ilə fəaliyyət göstərən milli qəhrəman

  • Nazim Əfəndiyev (1926 - 1998) - professor, Azərbaycanın əməkdar həkimi. Uzun müddət akademik Zərifə Əliyeva adına göz klinikasının direktoru vəzifəsində çalışmışdır.

  • Teymur Bunyatov (1928) - akademik, tarixçi-etnoqraf

  • İsa Hüseynov (1928 - ) - Azərbaycan xalq yazıçısı, Azərbaycan əməkdar incəsənət xadimi

  • Musa Qocayev (1932 - 1993) - yazıçı. Uzun müddət Dövlət təhlükəsizlik orqanlarında çalışmışdır.

  • Elmira Hüseynova (1933 - 1995) - heykəltəraş

  • Yusif Səmədoğlu (1935 - 1998) - Azərbaycan xalq yazıçısı. Birinci çağırış Milli Məclisin deputatı olmuşdur.

  • Vaqif Səmədoğlu (1939) - Azərbaycan xalq şairi, dramaturq-publisist, Milli Məclisin deputatı

  • Ədalət Nəsibov (1939) - məşhur aşıq, əməkdar incəsənət xadimi. Prezident təqaüdçüsü.

  • Əli Süleymanov (1880 - 1959) - Sosialist Əməyi Qəhrəmanı

  • Cahandar Yaqubov (1892 - 1967) - Sosialist Əməyi Qəhrəmanı

  • Məcid Şərifzadə (1908 - 1995) - Sosialist Əməyi Qəhrəmanı

  • Bəxtiyar Allahverdiyev (1909 - 1974) - Sosialist Əməyi Qəhrəmanı

  • Əsmər Məmmədova (1910 - 1988) - Sosialist Əməyi Qəhrəmanı

  • Hacımurad Murquzov (1910 - 1988) - Sosialist Əməyi Qəhrəmanı

  • Murtuz Carçıyev (1910 - 1985) - Sosialist Əməyi Qəhrəmanı

  • Məhəmməd Əliyev (1910 - 1996) - Sosialist Əməyi Qəhrəmanı

  • İmran Mirzəyev (1910 - 1983) - Sosialist Əməyi Qəhrəmanı

  • Əsgər Eminov (1924) - Sosialist Əməyi Qəhrəmanı

  • Əli Mustafayev (1952 - 1991) - Azərbaycanın Milli Qəhrəmanı

  • Firuddin Şamoyev (1962 - 1992) - Azərbaycanın Milli Qəhrəmanı

  • Şamoy Çobanov (1965 - 1990) - Azərbaycanın Milli Qəhrəmanı

  • Mərifət Nəsibov (1972 - 1992) - Azərbaycanın Milli Qəhrəmanı

  • Aqil Musayev (1974 - 1994) - Azərbaycanın Milli Qəhrəmanı

  • Elçin Şıxlı (1957) - "Ayna"- “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri

  • Səməd Seyidov (1964) - professor. Azərbaycan Dillər Universitetinin rektoru, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri