Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Qazax qəzasının tarixi toponimləri

Ermənistanın Azərbaycana qarşı iki əsrə yaxın davam edən təcavüzü zamanı Qazax qəzasının bir çox əraziləri Ermənistan tərəfindən zəbt olunmuşdur. Bu ərazilərdə tarixən yaşayan bütün Azərbaycanlı əhalisi qovulmuşdur. İstilanı ört-basdır etmək məqsədilə Qazax qəzasının bütün Azərbaycan-türk toponimləri Ermənistan tərəfindən dəyişdirilərək erməniləşdirilmişdir.

Aşağıda Qazax qəzasının müasir Ermənistan ərazisində yerləşən bəzi məntəqələrin tarixi adları verilib. Bu toponimləri xəritədə də izləmək olar (sarı rənglə tarixi Azərbaycan adları göstərilib).

Türk / Azərbaycan adı Erməniləşmiş adı (dəyişmə tarixi)
Barana Noyemberyan (1938)
Ayrum (sovxoz) Bdğavan
Ləmbəli Debedaşen (1960), Baqradaşen (1972)
Aşağı Körpülü Xaştarak
Yuxarı Körpülü Zorakan (2008)
Balakənd Dovex
Kotgah Şavarsaran (1964), Koti (1992)
Qalaça Berdavan (1978)
Qulp Koxb
Qurumsu Dostlu (1938), Barekamavan (1978)
Xoşkotan Voskevan (1978)
Əskipara Voskepar
Ağkilsə Çiçekbunar (1978), Cermakavan (1991)
Adatəpə ləğv edilib (1930)
Karavansara İcevan (1935)
Dəlican Dilijan
Qaranlıqdərə Haravadzor, Lusadzor (1935)
Xaçasu Açaçur
Qaradaş Sevkar
Kürdavan Yenokavan (1935)
Yuxarı Aqdan Aqdan (1967), Qandzakar (1978)
Uzuntala Onut (1967), Aygeovit
Revazlı Ditavan (1967)
Aşağı Ağdan Morut, Axnapur
Göyərçin ləğv edilib
Mürteyil Çiçəkbulaq (1978), Geqatab (1991)
Polad Ayrum Haçardzan (1991)
Salah Akavnavank (1991)
Haqqıxlı Vurgun (1978), Hovk (1991)

Azərbaycan toponimləri

------------------------------------------

1900-cu ilin xəritəsindən göründüyü kimi, məntəqə adları ilə yanaşı, həm də dağ və çaylar arasında Azərbaycan-türk adları mütləq əksəriyyət təşkil edir.
Baranadan sonra yerləşən bir çox yaylaqların və köç yerlərinin adları xalqımızın yaddaşından hələ də silinməyyib: Yoxuşun başı, Qamışlı tala, Bala Qozman tala, Böyük Qozman tala, Almacalı (düşərgə yeri), Bala Göy Dağ, Böyük Göy Dağ, Armudlu, Ayranlı, Çay qoşan, Qızıl kəndin güneyi, Qəbirli Gədik, Eşşək Quduran, Ballı Dağ, Cüyür Dağ, İnsan Yol Gayiran, Çınqillı, Qaranlıq dərə, Yeddi Qardaş bulağı, Cətin dərə, Bozu kənd, Dağ Qalaça, Babacanın yoxuşu, Sürçək kənd, Atan və s.

Qazax uyezdi 1900

Faiq Nəsibov, Avqust 2013